Bu şəxslərə hər ay 500 manat verilməlidir – Parlamentdə MÜZAKİRƏbackend

Bu şəxslərə hər ay 500 manat verilməlidir – Parlamentdə MÜZAKİRƏ

“Hörmətli sədr, sizin xarici səfərləriniz diqqətlə izlənilir. Bu, parlamentin həm beynəlxalq səviyyədə fəaliyyətinə, həm də digər sahələrdə aktiv olmasına və izlənilməsinə səbəb olub. Hesab edirəm ki, bu, daxili auditoriyada nəzərə alınmalıdır. Bu yaxınlarda sizin təşəbbüslə televiziya kanalında “Parlament saatı” verilişinin işə başlaması müsbət və təqdirəlayiq hadisədir”.

Hokm.az xəbər verir ki, bunu parlamentin iclasında deputat Fazil Mustafa deyib.

O xatırladıb ki, bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü qeyd edilir: “Bu cümhuriyyət həm də bizim cümhuriyyətdir. Azərbaycanın ən ağır günlərində Türkiyə bizim yanımızdadır. Yanğınlar zamanı da Azərbaycan Türkiyəyə əlindən gələn dəstəyi verdi. Hesab edirəm ki, bayramlarımızı da birlikdə qeyd etməliyik”.

Deputat bildirib ki, bir çox şəhid ailələri var ki, valideynləri vəfat edib: “Ancaq onların bacı-qardaşları var. Onlar çox az saydadır. Bu gün mənzil, aylıq 500 manat müavinət onlara şamil edilmir. Həmin şəhidlər bacı-qardaşlarının himayəsində olub. Onlar buna haqq edirlər. Şəhidlərin taleyini düşünərək onların bacı-qardaşlarına da diqqət ayrılması yaxşı olardı”.

  •  (0)
  •  (0)