Bu şəxslər vaksinasiyaya əvvəlcədən hazırlanmalıdır – Adil Qeybullabackend

Bu şəxslər vaksinasiyaya əvvəlcədən hazırlanmalıdır – Adil Qeybulla

COVID-19 pandemiyasının sona çatması, infeksion zəncirin kaskad şəkildə yayılmasının qarşısının alınması üçün vaksinasiya vacib aksiyadır.

Bu sözləri publika.az-a açıqlamasında həkim-professor Adil Qeybulla deyib.

O bildirib ki, COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiya mühüm tədbirdir: “Bu gün dünyada onlarla xəstəliyin adını sadalamaq olar ki, vaksinasiya nəticəsində həmin xəstəliklər yoxa çıxıb. Düşünürəm ki, koronavirusla vidalaşmaq üçün də vaksinasiya ən optimal yoldur. Ancaq vətəndaşlarımız vaksinasiya olunduqdan sonra qətiyyən rahatlaşmamalıdır. İnsanlar bundan sonrakı dövrdə də təhlükəsizlik tədbirlərinə, gigiyena qaydalarına əməl etməlidir”.

A.Qeybullanın sözlərinə görə, vaksinasiya olunduqdan sonra immunitet formalaşana qədər bütün karantin tədbirlərinə əməl etmək mütləqdir: “İmmunitet ilk vaksinasiyadan 42 gün sonra formalaşır. Bu zaman xəstəliyə qarşı orqanizm davamlı ola bilir.

Vaksinasiyanın müəyyən əks təsirləri də mümkündür. Fəsadlar yüngül allergik reaksiyalardan, vaksinasiya yerində ağrılardan və digər əlamətlərdən ibarətdir. Ciddi reaksiyalara demək olar ki, nadir hallarda təsadüf edilir. Xüsusi allergiyası və nevroloji problemi olan şəxslər vaksinasiyaya əvvəlcədən hazırlanmalıdır”.

  •  (0)
  •  (0)