“Bu sərəncamla Azərbaycanda bir ilkə imza atılmış oldu” – Əziz Əlibəyli minimum əməkhaqqının artırılmasından danışdıbackend

“Bu sərəncamla Azərbaycanda bir ilkə imza atılmış oldu” – Əziz Əlibəyli minimum əməkhaqqının artırılmasından danışdı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. 

Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Hokm.az-a açıqlamasında Prezidentin bu addımını yüksək qiymətləndirib.

“Bu sərəncamla Azərbaycanda bir ilkə imza atılmış oldu. Belə ki, ölkə tarixində ilk dəfə olaraq, minimum əməkhaqqı bir ildə iki dəfə artırılmış oldu. Bu ilin mart ayından minimum əməkhaqqı 180 azn idi. 450 min nəfərin maaşında 30%, 150 min nəfərdə isə 25 % artım olmuşdu. Bu sərəncamla isə 19 saylı tarif cədvəlinə görə, büdcə təşkilatlarında çalışanların maaşı 30-40% artacaq”

O bildirib ki, bu sərəncamla minimum əməkhaqqı yaşayış minimumunu keçib:

“Milli Məclis yaşayış meyarını 180 manat müəyyən etmişdi.
Tariximizdə ilk dəfə olaraq, martın birində minimium əməkhaqqı səviyyəsi yaşayış minimumuna bərabərləşib. Bu sərəncamla isə minimum əməkhaqqı yaşayış minimumunu keçdi. Həm də 70 manat. Müəyyən mənada bu qərar bahalaşma yarada da bilər, amma Mərkəzi Bankın əlindəki rezervlər buna imkan verməz”.

Ə.Əlibəyli bu məbləğin gələcəkdə də artacağına ümid etdiyini vurğulayıb:

“Kimsə düşünə bilər ki, bu addımdan sonra enerji bahalaşacaq.
Bu il bu, ümumiyyətlə, mümkün deyil. Hökümət limiti qaldırır. Qarşıda işiğın, suyun limiti qaldırıla bilər. Ən əsası bu xərclər şişmiş milyardlıq kölgə iqtisadiyyatının əridilməsi hesabına həyata keçiriləcək. Bir sözlə, çox möhtəşəm addımdır, davamı 350 manat olsun”.

Hokm.az

  •  (0)
  •  (0)