Bu selfilərin sonu cinayət işi ilə bitə bilər – XƏBƏRDARLIQbackend

Bu selfilərin sonu cinayət işi ilə bitə bilər – XƏBƏRDARLIQ

“Müəyyən hallarda şəxs çəkdiyi fotoşəkilə görə ciddi məsuliyyətə cəlb oluna bilər”.

Hokm.az xəbər verir ki, bunu “Senator Avrasiya Hüquq Şirkətinin” aparıcı hüquqşünası Sergey Savelev “Praym” agentliyinə bildirib.

O deyib ki, dövlət qulluqçuları şərəf və ləyaqəti ləkələyən şəkillər çəkməməlidir. Vəkil vurğulayıb ki, bu cür məzmuna görə, həmin şəxs işdən çıxarıla bilər.

“Daxili işlər orqanlarının əməkdaşlarına, hərbi qulluqçulara spirtli içkilərlə, ədəbsiz formada, erotik xarakterli fotoşəkillər çəkmək və sosial şəbəkələrdə yerləşdirmək qadağandır”, – Savelev izah edib.

“Bundan əlavə, peşə fəaliyyətinizdən asılı olmayaraq, qanunla qorunan məlumatların yayılmasına səbəb ola biləcək şəkillər çəkməməlisiniz. Bu cür fotoşəkillərə görə cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz”, agentliyin həmsöhbəti xəbərdarlıq edib.

Vəkilin sözlərinə görə, qanun ictimai məkanlarda yayımlamamaq şərti ilə selfilərin smartfona yüklənməsini və saxlanmasını qadağan etmir.Publika.az

  •  (0)
  •  (0)