Bu ölkələr neft ehtiyatlarını satışa çıxaracaq: “Qara qızıl” yenidən ucuzlaşa bilərbackend

Bu ölkələr neft ehtiyatlarını satışa çıxaracaq: “Qara qızıl” yenidən ucuzlaşa bilər

Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv olan 31 ölkə fövqəladə neft ehtiyatlarından müəyyən miqdarda istifadə etməyə razılıq verib.

Hokm.az “Bloomberg”ə istinadən xəbər verir ki, 31 ölkənin nə qədər ehtiyatı satışa çıxaracağı gələn həftə məlum olacaq.

Dünən BEA-nın İcraiyyə Şurasının nazirlər səviyyəsində növbədənkənar iclası keçirilib. İclasda BEA-ya üzv olan 31 ölkə Rusiyanın Ukraynada başladığı müharibədən sonrakı neft bazarlarında yaranan problemlərə cavab olaraq təcili neft ehtiyatlarının bir hissəsini yenidən istifadə etməyi lazım biliblər. Bu qərarla BEA müharibə başlayandan bəri ikinci dəfə fövqəladə neft ehtiyatlarını aktivləşdirmiş olacaq.

Keçən ay BEA-ya üzv olan 31 ölkə qlobal bazarlarda tələb və təklif balanssızlığı səbəbindən yarana biləcək məhdudiyyətin qiymət artımına çevrilməməsi üçün ümumilikdə 62,7 milyon barel fövqəladə neft ehtiyatı açmağa razılaşıb.

Dünənki qərarla BEA-ya üzv ölkələr tarixlərində beşinci dəfə fövqəladə neft ehtiyatlarını açır. Əvvəlki qərarlar 1991, 2005, 2011 və 1 mart 2022-ci ildə qəbul edilib.

Bu toplantıdan öncə neft bazarlarında qiymətlər düşməyə başlayıb. Son 2 gündə “Brent” neftinin qiyməti 111 dollardan 104 dollara düşüb.

Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiyməti isə 116 dollardan 112 dollara enib.

Əgər BEA üzvləri əvvəlkindən daha çox nefti satışa çıxartsalar, bu halda, qiymətlər 90 dollar səviyyəsinə qədər enə bilər. BEA üzvlərinin ümumilikdə 1,5 milyard ehtiyatı mövcuddur və bu qədər ehtiyatın 10 faizinin satışa çıxarılması bazarda neft bolluğu yaradacaq.sfera.az

  •  (0)
  •  (1)