Bu ölkədə fövqəladə vəziyyət elan edildibackend

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Ümumdünya Səhiyyə Təşkilatı Tacikistanda poliomielitin yayılması ilə bağlı fövqəladə vəziyyət elan edib.

Tacikistan mətbuatının yaydığı məlumata görə, bu xəstəlik 2020-ci il noyabrın 22-də ölkənin Xatlon vilayətində bir uşaqda qeydə alınıb. Sonra fevral ayının əvvəllərində Xatlon vilayətində başqa uşaqda aşkar edilib. Martın 18-də daha dörd uşaqda və onların qohumlarında xəstəlik təsdiq olunub.

Qonşu Əfqanıstanda və Pakistanda poliomielitə daha çox rast gəlinib. Xəstəlik Əfqanıstanın Tacikistan, Özbəkistan və Türkmənistanla həmsərhəd rayonlarında geniş yayılıb.

Poliomielit keçici xəstəlikdir, uşaqların onurğa sütununu iflic edir.Bakupost.az

  •  (0)
  •  (0)