Bu ölkə çalxalanır: İqamətgaha hücum edildi – Nazirlər girov götürülübbackend

Bu ölkə çalxalanır: İqamətgaha hücum edildi – Nazirlər girov götürülüb

Sudanda növbəti dəfə hərbi çevriliş elan edilib.

Hokm.az xəbər verir ki, hərbçilər Baş nazirin iqamətgahına hücum edərək, Abdullah Hamduku həbs edib. O, ev həbsinə məhkum edilib. Daha 4 nazirin həbs edildiyi barədə məlumatlar var. Ölkədə internet və rabitə kəsilib. Hərbi çevriliş barədə xəbərlər sakinləri ayağa qaldırıb. Minlərlə insan küçələrə çıxıb. Hərbçilər sakinlərə çevrilişə qarşı çıxmamaq haqqında çağırış edib.

Qeyd edək ki, Sudanda ötən ay baş verən hərbi çevriliə cəhddən sonra siyasi böhran yaşanır. Parlamentdəki hərbi və xalqın seçdiyi nümayəndələr razılığa gələ bilməyib.Metbuat.az

  •  (0)
  •  (0)