Bu müalicə üsulu mutant virusa qarşı effektivdirbackend

Bu müalicə üsulu mutant virusa qarşı effektivdir

Cənubi Koreyada mütəxəssislər COVID-19 ilə mübarizə çərçivəsində ölkədə tətbiq olunan plazma müalicəsinin koronavirusun mutasiyalarına qarşı effektiv olduğunu açıqlayıb.

Hokm.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzi məlumat yayıb.

Məlumata görə, daxili plazma müalicəsi COVID-19-un İngiltərə və Cənubi Afrika mutasiyaları ilə virusun S, V, L, G, GH, GR və GV variantlarına qarşı effektivdir.

Üçüncü mərhələ klinik sınaqları aparılan müalicə üsulunun 42 COVID-19 xəstəsinə tətbiq olunduğu qeyd edilib. Plazma terapiyası çərçivəsində əvvəllər COVID-19-a yoluxmuş və sağalan insanlardan götürülən antikorlar xəstələrə vurulurdu.publika.az

  •  (0)
  •  (1)