Bu məktəbdə 8 müəllim koronavirusa yoluxdu, tədris dayandırıldıbackend

Bu məktəbdə 8 müəllim koronavirusa yoluxdu, tədris dayandırıldı

Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.
Bu barədə Təhsil Nazirliyindən Hokm.az-a daxil olan məlumatda bildirilir.
Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.
  •  (0)
  •  (0)