“Bu məhsullar da bahalaşacaq, qarşısını ala bilmərik” – İqtisadçıdan bədbin proqnozbackend

“Bu məhsullar da bahalaşacaq, qarşısını ala bilmərik” – İqtisadçıdan bədbin proqnoz

Xəbər verdiyimiz kimi, çörəyin qiymətinin 10-15 qəpik, 50 kq-lıq bir kisə unun topdansatış qiymətinin isə 36 manatadək artacağı bildirilib.

Maraqlıdır, artan qiymətlər digər ərzaq məhsullarının bahalaşmasına da səbəb olacaqmı? Ehtimal edilən bahalaşma tempinin sonradan arta biləcəyi gözlənilirmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisaçı ekspert Natiq Cəfərli Azərbaycanın idxaldan asılı olduğunu xatırladaraq, çörək və unun hansı həddədək bahalaşacağının qeyri-müəyyən olduğunu deyib:

“Azərbaycanda qiymətlər dünyada un istehsalı üçün istifadə edilən buğdanın qiymətinin hansı səviyyəyə qədər bahalaşmasından asılı olacaq. Azərbaycan ərzaq buğdası təminatında 70 faiz civarında idxaldan asılıdır. Qiymətlərin kəskin səviyyədə artdığı dövrdə yaşadığımız üçün bahalaşma xaricə faktorlara uyğun olaraq tənzimlənəcək. Eyni zamanda qiymətlərin yüksəlməsi indiyədək hansı səviyyədə taxıl ehtiyatınınolmasından da asılı olacaq. Belə ki, köhnə qiymətlə alınan  taxılın hansı dövrədək yetərli olması ilə bağlı da məsələ mühümdür”.

Ekspert çörək və unun bahalaşmasının bəzi ərzaqların qiymətinə təsir edəcəyini deyib:

“Bahalaşma digər un məmulatlarında – makaron, vermişel kimi məhsullarda müşahidə ediləcək. Həmin məhsulların xammal dəyərində yüksəliş olduğu üçün qiymətlərin artması da qaçılmazdır. Çörəyin süfrəmizdə, mədəniyyətimizdə yerinin önəmini nəzərə alaraq, istər-istəməz qiymət artımının vətəndaşa ciddi təsir edəcəyini düşünürəm. Lakin problem tək dünyada qiymət artımı deyil, əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir”.

  •  (0)
  •  (0)