Bu marşrutda gediş haqqı ucuzlaşdırıldıbackend

Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı

Bakıda M8 ekspress xətti üzrə hərəkət edən marşrut avtobuslarında gediş haqqı ucuzlaşıb.

Hokm.az bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli tvitter hesabında yazıb.

V.Kərimli bildirib ki, vətəndaşların rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-“Gənclik” m/st) adi rejimə keçirilib:

“Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib”.

  •  (0)
  •  (0)