“Bu layihədən dövlət xeyli qazanacaq” – Rüfət Quliyevbackend

“Bu layihədən dövlət xeyli qazanacaq” – Rüfət Quliyev

“İran və Naxçıvan arasında dəmiryol xəttinin açılmasından hər kəs gəlir götürəcək”

 

“Azərbaycanla Türkiyənin qazancı İrana nisbətən çox olacaq”

 

“Təbii ki, regionda nəqliyyat məsələləri tam həll olunması baxımından İranın da maraqları var”

 

Naxçıvan Muxtar Respublikası ilə İran arasında sərnişin qatarının tezliklə yenidən fəaliyyətə başlaması ilə bağlı müzakirə aparılır. Bu barədə İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami açıqlama verib. Nazirin sözlərinə görə, İran və Naxçıvan arasında dəmiryol xətti böyük əhəmiyyət kəsb edir. O əlavə edib ki, Təbriz dəmiryolu xətti Avropa və Şimali Qafqazla əlaqə qurmaq üçün çox münasib yoldur:

“Son vaxtlar bununla əlaqədar İran, Azərbaycan və Rusiya arasında üçtərəfli anlaşma əldə olunub”.

 

İran və Naxçıvan arasında sərnişin qatarının yenidən fəaliyyətə başlamasını müsbət dəyərləndirən millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev “Sherg.az”a bildirib ki, yolun açılmasında Azərbaycanın, Naxçıvana gedib-gələnlərin və Türkiyənin marağı daha çoxdur:

 

“Əvvəllər Azərbaycandan Naxçıvana gedib-gəlmək üçün iki yol var idi: Ya hava limanından təyyarə ilə, ya da ki, İran yolları ilə. Bu, həm çox vaxt aparırdı, həm də böyük xərc tələb edirdi.

 

Lakin dövlət təyyarə ilə reyslər açılan gündən dotasiyanın böyük hissəsini dövlət büdcədən ödəyirdi. Ona görə ki, biletlər 2-3 qat ucuz satılırdı. İran və Naxçıvan arasında sərnişin qatarı yenidən işə düşərəs, dövlətin xeyli qazancı olacaq”.

 

Parlament üzvü qeyd edib ki, İran və Naxçıvan arasında sərnişin qatarının yenidən fəaliyyətə başlaması vaxt itkisi baxımından da əhəmiyyətlidir:

“Çünki avtonəqliyyatla İran tərəfindən Naxçıvana keçilirdi və bu, böyük vaxt və xərc tələb edirdi. Noyabrın 10-dakı sazişdə də qeyd olunub ki, , İran və Naxçıvan arasında dəmiryol xətti açılmalıdır. Yolun açılmasından hər kəs qazanacaq.

 

Amma Azərbaycanla Türkiyənin qazancı İrana nisbətən çox olacaq. Təbii ki, regionda nəqliyyat məsələləri tam həll olunması baxımından İranın da maraqları var”.

  •  (0)
  •  (0)