Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun “Qafqazinfo”ya verdiyi məlumata görə, bu gün səhər saat 9:00-dan başlayaraq 13:00-dək və 16:00-dan 20:00-dək Bakı-Salyan yolunun 14-cü km – Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur: “Şıx qəsəbəsi Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairədən dövr etməklə, şəhərin mərkəzinə doğru hərəkət marşurutu nəzərdə tutulub. Salyan şosesi ilə hərəkət edən velosipedçilər Bibiheybət məscidi – Bakı Su İdman Sarayı – Bayraq Meydanının yanından keçməklə Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermantov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələrindən keçərək, yenidən Bakı-Salyan yolu ilə Şıx qəsəbəsi Velopark istiqamətində dövr edəcəklər.
Avtomobil sahibləri və sürücülərin nəzərinə çatıdırırıq ki, alternativ yol kimi, Bakı –Salyan 14-cü km-dən üçüncü kənar dairəvi yoldan keçəməklə Badamdar qəsəbəsinin küçə və prospektlərindən – Mikayl Müşviq , Qurd Qapısı dairəsi, Mətbuat prospekti və s., eləcə də Yasamal rayon ərazisinə düşən küçə və prospektlərdən – Z.Bünyadov, Tiblisi, İnşaatçılar və digər yollar üzrə hərəkət müəyyən edilib”.
















