Bu insanlara qaçmaq məsləhət görülmür – Mütəxəssisdən SAĞLAMLIQ SİRRİbackend

Bu insanlara qaçmaq məsləhət görülmür – Mütəxəssisdən SAĞLAMLIQ SİRRİ

Daha gümrah hiss etmək üçün insan gündə ən az 10 min, həftədə 70 min addım atmalıdır.

Hokm.az xəbər verir ki, bu barədə “Danışır Moskva” radiosundakı çıxışında kardioloq Lidiya İonova bildirib.

Mütəxəssis skandinav gəzintisi ilə məşğul olmağı da tövsiyə edib – bu daha çox kalori yandırmağa imkan verir. Eyni zamanda, məşqin düzgün bir şəkildə həyata keçirilməli olduğunu barədə xəbərdarlıq edib: “Çubuqlara söykənən yaşlı insanlar var. Çubuqların hündürlüyü düzgün seçilməlidir. Bu cür gəzinti ilə daha çox kalori sərf edirik, çünki işə qol, bel, döş əzələlərini daxil edirik. Skandinav gəzintisi ancaq doğru getdiyimiz zaman çox yaxşıdır”.

O bildirib ki, artıq çəki və oynaq xəstəlikləri olan insanlar qaçmaqdan çəkinməlidirlər, qaçış gəzinti ilə əvəz olunmalıdır.Publika.az

  •  (0)
  •  (0)