“Son zəng” tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilməsi istisna edilmir, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, tədris ilinin başa çatmasına 2 aya yaxın vaxt var.
“Bu tip qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyətə uyğun verir. Lakin müşahidə olunan şərait davam etsə, təbii ki, “Son zəng” tədbirləri ənənəvi qaydaya yaxın formatda keçirilə bilər”, o bildirib.(report.az)