Bu il məktəblərdə “Son zəng” hansı qaydada keçiriləcək?backend

Bu il məktəblərdə “Son zəng” hansı qaydada keçiriləcək?

Təhsil naziri Emin Əmrullayev məktəblərdə “Son zəng”in keçirilməsinə münasibət bildirib.

Hokm.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu, ilk növbədə Operativ Qərargahın qərarı ilə olmalıdır:

“Çünki Azərbaycanda COVID-lə bağlı məsələ Operativ Qərargahla məsləhətləşmə əsasında həyata keçirilir. Hazırki pandemiya şəraiti davam edərsə, yəqin ki, ənənəvi qaydada “Son zəng”in keçirilməsi mümkün olacaq”, – nazir qeyd edib.

  •  (0)
  •  (0)