Bu il itirdiyimiz sənət adamları…backend

Bu il itirdiyimiz sənət adamları…

Artıq sabah yeni il qədəm qoyuruq. Geridə qalan il həm xoş, həm də kədərli günlərlə yadda qaldı.

2021-ci ildə sənət aləmində yaşanan itkiləri təqdim edirik:

Belə ki, yanvarın 4-də Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli 59 yaşında ürəktutmadan dünyasını dəyişib.

13 yanvar – Əməkdar artist İsmayıl Ələkbərov 81 yaşında koronavirusdan vəfat edib.

10 fevral – Əməkdar artist, aktyor Əlican Əzizov 69 yaşında vəfat edib.

22 fevral – Xalq artisti, müğənni Yalçın Rzazadə uzunsürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.

22 fevral – müğənni Xatun Əliyevanın stilist qardaşı Balaş dünyasını dəyişib.

10 mart – Xalq rəssamı Mirnadir Zeynalov 78 yaşında dünyasını dəyişib.

18 mart – aktyor Ramiz Hüseynzadə 42 yaşında beyin qansızmasından vəfat edib.

21 mart – Xalq artisti, aktyor Ramiz Məmmədov 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.

5 aprel – aktyor Fikrət Məmmədov 65 yaşında dünyasını dəyişib.

5 aprel – Xalq artisti, gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

8 aprel – Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə 76 yaşında dünyasını dəyişib.

12 aprel – Əməkdar mədəniyyət işçisi, “İRS” folklor ansamblının rəhbəri Sidqi Mustafayev 73 yaşında vəfat edib.

14 aprel – Azərbaycanın yeganə keçəçi-rəssamı Rauf İsmayılov 63 yaşında koronavirusdan vəfat edib.

14 aprel – qarmon ifaçısı Nəbi Məmmədov 31 yaşında koronavirusdan vəfat edib.

16 aprel – Xalq artisti, kinorejissor Eldar Quliyev 80 yaşında ürəktutmadan vəfat edib.

20 aprel – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Ramiq Muxtar 78 yaşında vəfat edib.

21 aprel – aktyor Ələsgər Qurbanəliyev 73 yaşında koronavirusdan dünyasını dəyişib.

26 aprel – Əməkdar artist, müğənni Baloğlan Əşrəfov 69 yaşında koronavirusdan dünyasını dəyişib.

27 aprel – Əməkdar mədəniyyət işçisi, xanəndə Sərdar Əvəzoğlu 62 yaşında koronavirusdan vəfat edib.

4 may – müğənni Aslan Hüseynov 55 yaşında avtomobil qəzasında vəfat edib.

5 may – Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.

7 may – Xalq artisti, aktyor Arif Quliyev 70 yaşında koronavirusdan vəfat edib.

7 may – Xalq şairi Musa Yaqub 83 yaşında uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

20 may – Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov 80 yaşında vəfat edib.

21 may – Xalq rəssamı Tahir Salahov 92 yaşında Almaniyada vəfat edib.

28 may – Əməkdar artist, müğənni Zöhrə Abdullayeva 68 yaşında sklerodermiyadan dünyasını dəyişib.

29 may – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əziz Musa 70 yaşında vəfat edib.

2 iyun – aparıcı Şamil Familli ürəktutmadan dünyasını dəyişib.

2 iyun – Əməkdar artist, gitara ifaçısı Emil Həsənov 61 yaşında vəfat edib.

9 iyun – Xalq artisti, rejissor Ramiz Əzizbəyli 72 yaşında koronavirusdan vəfat edib.

12 iyun – aktyor Mehman Məmmədov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

22 iyun – kinorejissor, ssenarist Çingiz Rəsulzadə 49 yaşında dünyasını dəyişib.

19 iyul – Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin köməkçisi Zemfira Babayeva uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edib.

24 iyul – Xalq artisti, müğənni Səməd Səmədov 74 yaşında koronavirusdan vəfat edib.

14 avqust – Xalq artisti, aktyor Vaqif Əliyev 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

19 avqust – gənc xanəndə Tuqay İsmayılov 35 yaşında vəfat edib.

30 avqust – Azərbaycanın və Rusiyanın Əməkdar artisti Mutay Xadulayev 80 yaşında koronavirusdan dünyasını dəyişib.

31 avqust – Azərbaycanın Əməkdar artisti, RSFSR-in Xalq artisti Tamilla Ağamirova 93 yaşında vəfat edib.

31 avqust – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əhməd Oğuz 59 yaşında vəfat edib.

3 sentyabr – Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova 57 yaşında koronavirusdan dünyasını dəyişib.

3 sentyabr – Xalq rəssamı, heykəltəraş Arif Qazıyev 84 yaşında vəfat edib.

14 sentyabr – Xalq artisti, müğənni Yaqub Zurufçu 65 yaşında koronavirusdan vəfat edib.

15 sentyabr – Əməkdar artist Çiçək Rzayeva 77 yaşında vəfat edib.

16 sentyabr – Əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin bədii rəhbəri və baş dirijoru Nizami Məmmədov 74 yaşında vəfat edib.

26 sentyabr – Əməkdar incəsənət xadimi, bəstəkar Adil Bəbirov 87 yaşında Kanadada dünyasını dəyişib.

27 sentyabr – Xalq artisti, əfsanəvi “Qaya” estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev 85 yaşında İsraildə dünyasını dəyişib.

27 sentyabr – Əməkdar rəssam Zaur Kantemirov 79 yaşında koronavirusdan dünyasını dəyişib.

30 sentyabr – müğənni Səyyad Əlizadə 63 yaşında koronavirusdan vəfat edib.

5 oktyabr – Xalq artisti, rejissor Vaqif Şərifov 78 yaşında dünyasını dəyişib.

8 oktyabr – Xalq artisti, rejissor Ağakişi Kazımov 85 yaşında dünyasını dəyişib.

22 oktyabr – Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib.

8 noyabr – rəssam Abbas Kazımov Rusiyanın Moskva şəhərində 65 yaşında koronavirusdan vəfat edib.

9 noyabr – Əməkdar artist, tarzən Firudin Ələkbərov 100 yaşında ürək çatışmazlığından vəfat edib.

13 noyabr – memar və rəssamı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinin sahibi Rasim Əliyev 87 yaşında vəfat edib.

16 noyabr – Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov 59 yaşında koronavirusdan dünyasını dəyişib.

19 noyabr – aparıcı, xalq təbabətinin bilicisi Fikrət Musayev 63 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.

26 noyabr – diktor Lyudmila Nəzərli koronavirusdan vəfat edib.

30 noyabr – nağara ifaçısı Gülağa Quliyev 63 yaşında dünyasını dəyişib.

18 dekabr – Naxçıvan MR-in Əməkdar artisti, aktyor Vüsal Rzayev 53 yaşında vəfat edib.

20 dekabr – Əməkdar artist, aktyor Elşən Çarhanlı 59 yaşında vəfat edib.

25 dekabr – mərhum Xalq artisti Eldəniz Zeynalovun aktyor oğlu Məmməd Zeynalov böyrək çatışmazlığı və ağciyər xərçəngi xəstəliklərindən vəfat edib.

27 dekabr – Əməkdar artist Zilli Namazov 70 yaşında dünyasını dəyişib./”Qafqazinfo”

  •  (0)
  •  (0)