Bu icra başçıları yola salınır – Gənclərdən ibarət kadr bankı yaradılırbackend

Bu icra başçıları yola salınır – Gənclərdən ibarət kadr bankı yaradılır

Prezident İlham Əliyev bu ilin aprelində “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bəyan etdi ki, xüsusi nümayəndəlik yeni idarəçilik modelidir və yaxın gələcəkdə bütün regionlarda tətbiq olunacaq: “Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməyib. Buna görə də çoxlu suallar var. Çox güman ki, bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub.

Dövlət başçısı əlavə edib ki, hazırda Qarabağda tətbiq edilən xüsusi nümayəndəlik insitutu müsbət tərəfləri ilə diqqətçəkəndir: “Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür.

Hokm.az-a daxil olan məlumata görə, ilin sonuna qədər bütün regionlarda nümayəndəlik insitutu təsis olunacaq. Ona qədər isə onlarla icra başçısı yola salınacaq. Buna səbəb isə gənc kadrların rayon rəhbərliyinə gətirilməsini təmin etmək və gələcəkdə onların arasından xüsusi nümayəndələr seçməkdir. Qeyd edək ki, son dövrlər icra başçısı təyinatları istisnasız olaraq gənc kadrlar arasından edilir və bu proses yayın sonuna qədər sürətləndiriləcək.

İcra başçısı vəzifəsindən azad ediləcək şəxslərin siyahısına gəldikdə isə, mənbəmiz ilkin olaraq aşağıda qeyd olunan rayon rəhbərlərinin yola salınacağını iddia edir.

Siyahını təqdim edirik:

Rafil Hüseynov – Ağcəbədi

Şahin Məmmədov – Masallı

Sevindik Hətəmov – Salyan

Qəzənfər Ağayev – Astara

Taleh Qaraşov – Lənkəran

Mənsur Məmmədov – Ucar

Əhəd Abıyev – Daşkəsən

Ziyəddin Əliyev – Quba

Elxan Usubov – Şəki

Musa Şəkiliyev – Qax

Adil Vəliyev Sabunçu

Asif Əsgərov- Nəsimi

Süleyman Mikayılov – Qaradağ

Mirhəsən Seyidov – Neftçala

 

 

Mikayıl Mirzəzadə

Hokm.az

  •  (1)
  •  (0)