Bu həftə AÇIQLANIR: Operativ Qərargahdan yüzminlərlə işsizi SEVİNDİRƏCƏK qərarbackend

Bu həftə AÇIQLANIR: Operativ Qərargahdan yüzminlərlə işsizi SEVİNDİRƏCƏK qərar

Xəbər verdiyimiz kimi, bu həftə Operativ Qərargahın brifinqinin keçirilməsi nəzərdə tutulur.

Hokm.az xəbər verir ki, keçiriləcək brifinqdə hamının gözlədiyi qərarlardan biri olan toylarla bağlı qadağaların nisbətən yumuşaldılması olacağı ehtimalı çoxlarını indidən sevindirir desək yanılmarıq.

Bəs toyların açıq havada qeyd olunmasına şərait yaradılması hansı iqtisadi əhəmiyyətə malik olacaqdır?

Bu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, bu qərar həm cəmiyyət həm də iqtisadiyyat üçün son dərəcə əhəmiyətli qərar olacaqdır.

“Bu qərardan dərhal sonra iqtisadi aktivlik artacaq. Həm də bu aktivlik kifayət qədər sürətlə və böyük tendensiya ilə müşahidə ediləcək.Onsuz da insanlar bu məqsədlə pul yığıblar və həmin pullar dövriyyədən çıxarılaraq “yastıqaltı” pullara çevrilib. Toy və digər el bu qəbildən olan mərasimlərə icazə veriləcəyi halda böyük bir pul kütləsi iqtisadiyyatımıza daxil olacaq. Bu da aktiv dövriyyə həcmlərinin artmasına səbəb olacaq. Dövriyyə həcmi artdıqda isə bununla bağlı digər sahələrdə də geniş fəallıq yaranacaqdır”.

– Eldəniz bəy, qeyd edə bilərsinizmi, toyların keçirilməsinə icazə verilməsi, hansı sahələrin yenidən dirçəlməsinə səbəb olacaqdır?

“Qeyd edim ki, toylara icazə veriləcəyi təqdirdə müsbət təsiri ilk növbədə işsizliyin azalmasına olacaq. Hazırda şadlıq saraylarında işləyənlərin sayı ilə bağlı dəqiq statistika olmasa da, amma on minlərlə insanın iş yerinin yenidən fəaliyyətə başlayacağını deyə bilərik. Bu isə on minlələr ailə deməkdir. On minlərlə ailə yüz minlərlə vətəndaş deməkdir. Demək ki, toylara verilən icazə ilk növbədə şadlıq saraylarında iş təminatı hesabına yüz minlərlə insanın rifahına təsir etmiş olacaq.

Amma müsbət təsirlər bununlada bitmir. Toylara icazə verilməsi xidmət sahələrindən olan gözəllik salonlarında, bərbərxanalarda da canlanmaya səbəb olacaq. Şadlıq sarayları, restoranları məhsulla təchiz edən şirkətlər var ki, onların da aktivliyi, gəliri artacaq. Belə demək mümkündürsə, musiqi sahəsində çalışanların da üzü güləcək. Avtomobil icarəyə verən sahibkarlar var ki, onların da əsas biznesi toy mərasimlərinə bağlı idi. Bu icazədən sonra avtomobil kirayələnməsində də canlanma olacaq. Eyni zamanda paltar kirayələnməsində də bunu müşahidə edəcəyik”.

-İki ildir əhalinin pandemiyadan dolayı yaşadığı stres demoqrafik vəziyyətə də təsir edib desək yanılmarıq. Yeni qərar iqtisadi artım ilə bərabər sosial sahədə də insan amilin çoxalmasına şərait yarada bilərmi?

“Əlbəttə, əhalinin demoqrafik artımında da müsbət tendensiya müşahidə ediləcək. Bu, həm toylara icazə verilməsinin nəticəsində mümkün olacaq, həm də epidemioloji vəziyyətə görə valideyn olmağı planlamayanlar var idi ki, onlar da uşaq planlamaları haqda düşünəcəklər. Psixoloji rahatlıqdan dolayı demoqrafik aktivlik müşahidə edəcəyik. Göründüyü kimi bir toya icazə verməklə çox istiqamətda canlanma yaranacaq. Bu isə vergi yığımının artmasına səbəb olacaq. Bu da dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərəcək”.

Eldəniz Vəliyev qeyd etdi ki, vergi tutulmalarının artırılması təbii olaraq dövlət büdcəsinin formalaşmasında, həcminin artmasında böyük rol oynayır. Bundan əlavə, fəaliyyəti dayandırılmış sahələrdə çalışanlara dövlət dəstək göstərirdi ki, dövlət bu yükdən də azad olacaqdır”.

  •  (0)
  •  (0)