Bu günədək 5 milyona yaxın insan peyvənd olunub – Nazirlikdən AÇIQLAMAbackend

Bu günədək 5 milyona yaxın insan peyvənd olunub – Nazirlikdən AÇIQLAMA

Bu günə qədər ölkədə 5 milyona yaxın insan peyvənd olunub və bunun təhlükəsiz olduğunu görürük.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

“Əksəriyyət yüngül yan təsirlərdir. Onlar da maksimum 3 sutkadan sonra keçib gedir. Müalicə edilməsə belə keçir. Əgər nəsə narahatlıq olarsa, çoxlu maye qəbul etmək, istirahət etmək, temperatur artarsa parasetamol qəbulu mümkündür. Reaksiya güclüdürsə, ərazi üzrə ailə sağlamlıq mərkəzinə müraciət edilməli və həkimlər ona uyğun müalicə yazmalıdır”, – deyə nazirlik rəsmisi əlavə edib.

  •  (1)
  •  (0)