Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev oğlu Rəşad Abdullayevi evləndirir.
Hokm.az “Lent.az”a istinadən xəbər verir ki, toy mərasimi paytaxtdakı “Buta Palace” şadlıq evində baş tutacaq.
Əldə etdiyimiz məlumata görə, SOCAR prezidenti deputat Qənirə Paşayeva ilə qohum olur. Belə ki, Rəşad Abdullayev deputatın əmisi Qəzənfər Paşayevin nəvəsi ilə evlənir.
Qeyd edək ki, toyda Milli Məclisin deputatlarının, eləcə də hökumət üzvlərinin də iştirakı gözlənilir.
Hokm.az
















