Bu gün Mübariz Mənsimovun məhkəməsidir – AZAD OLUNACAQbackend

Bu gün Mübariz Mənsimovun məhkəməsidir – AZAD OLUNACAQ

Xəbər verdiyimiz kimi İstanbul Baş Prokurorluğunun müraciəti əsasında Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov barəsində irəli sürülən ittihamnaməyə baxılacaq.

Hokm.az-ın məlumatına görə, bu gün məhkəmə qarşısına çıxarılacaq iş adamı azadlığa çıxacaq.

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

  •  (4)
  •  (0)