Bu gün bu rayonda qaz olmayacaqbackend

Bu gün bu rayonda qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 17.05.2022-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Hokm.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla 1 qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  •  (0)
  •  (0)