Bu gün bu ərazilərdə qaz olmayacaqbackend

Bu gün bu ərazilərdə qaz olmayacaq

Qazıməmməd-Qazax yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 09:00-dan işlər başa çatana qədər İsmayıllı rayonunun tam (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun 5 kəndinin, Göyçay rayonunun isə 7 kəndinin təbii qaz təchizatında fasilə yaranacaq.

Hokm.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin yaydığı məlumatda bildirilir.
Qurum müvəqqəti narahatlığa görə abunəçilərdən üzr istəyib.
  •  (0)
  •  (0)