“Bu gedişlə o manekenlərdən əsər-əlamət qalmayacaq”backend

“Bu gedişlə o manekenlərdən əsər-əlamət qalmayacaq”

Son günlər Hərbi Qənimətlər Parkını ziyarət edən şəxslərdən bir neçəsinin eksponatlarla kobud davranışı narazılığa səbəb olub.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı fikrini bildirərək qeyd edib ki, bu gedişlə Hərbi Qənimətlər Parkında sərgilənən dağılmış hərbi texnikadan və manekenlərdən əsər-əlamət qalmayacaq: “Neçə gündür sosial şəbəkələrdə parkdan görüntülərlə tanış oluram. Tankın üstünə dırmaşaraq şəkil və video yayanlar da gördüm, manekeni doğurçu erməni separatçısı bilib üzünü döyəcləyərək telefonuna çəkənin videosuna da rast gəldim.

Hərbi Qənimətlər Parkı ona görə yaradıldı ki, gənc və gələcək nəsil əldə etdiyimiz qələbə və onun miqyası ilə tanış olsun. Ancaq əgər manekenlər sındırılacaqsa, onsuz da dağılmış tankın lüləsi qırılacaqsa göstərməyə bir şey qalmayacaq.

Hərbi Qənimətlər Parkı açıq havada muzeydir. Necə ki, qapalı muzeydə hansısa eksponata əl vurmaq, onun üzərinə çıxıb şəkil çəkdirmək qadağandır, eləcə də Hərbi Qənimətlər Parkında eyni qaydalar tətbiq olunmalıdır”.

  •  (0)
  •  (0)