Bu ərazilərdə su kəsiləcək – XƏBƏRDARLIQbackend

Bu ərazilərdə su kəsiləcək – XƏBƏRDARLIQ

Oğuz-Qəbələ-Bakı su kəmərində planlı təmir işləri aparılacaq.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Məlumata görə, bununla əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron rayonunun, Bakının Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.

“Azərsu” yaranacaq yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

  •  (0)
  •  (0)