Bu ərazilərdə qaz kəsildibackend

Bu ərazilərdə qaz kəsildi

Mart ayının 29-da saat 15:50 radələrində “Qaz İxrac” İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

Bu barədə Hokm.az-a Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Qeyd edilib ki, günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.

  •  (0)
  •  (0)