Bu cütlüklərin boşanma ehtimalı 6 dəfə çoxdur – Elm adamları açıqladıbackend

Bu cütlüklərin boşanma ehtimalı 6 dəfə çoxdur – Elm adamları açıqladı

Yeni texnologiyalar və mobil proqramlar insanların həyatında getdikcə daha çox yer tutur. Bu kontekstdə ekspertlər son illərdə “Tinder” və “Bumble” kimi tanışlıq proqramları vasitəsilə həyat yoldaşını seçənlərin sayının artdığını bildiriblər.

Hokm.az xəbər verir ki, Britaniyada aparılan araşdırma internetdə tanış olan cütlüklərin evliliyin ilk illərində boşanma ehtimalının universitetdə, dostları və ailəsi vasitəsilə tanış olanlara nisbətən altı dəfə çox olduğunu göstərib.
Yaşı 30 və daha çox olan 2 000 evli şəxs arasında sorğu aparılıb. Sorğunun nəticələrinə görə, 2000-ci ildən bəri internetdə tanış olan cütlüklərin evliliyin ilk 3 ilində  boşanma riski 12%, sosial əlaqələr vasitəsilə tanış olanların isə 2%-dir.
Araşdırmaya görə, boşanma nisbətlərindəki fərq evliliyin 10 ilinə qədər davam edir. Həyat yoldaşları ilə internetdə tanış olanların 17 faizi 7 ildən sonra boşandığı halda, qarşılıqlı əlaqə yolu ilə tanış olan cütlüklərin 10 faizi boşanıb.sfera.az
  •  (0)
  •  (1)