Bu bürclərin qadınları çox cazibədar olurlar – Baş döndürən gözəlliklərinin sirri isə…backend

Bu bürclərin qadınları çox cazibədar olurlar – Baş döndürən gözəlliklərinin sirri isə…

Bəzi qadınlar həmişə digərlərindən daha çox fərqlənirlər. Onlar duruşları, rəftarları və görünüşləri ilə demək olar ki, bütün diqqətləri cəlb edirlər. Astrologiyaya görə, bunu yalnız bəzi bürclərin qadınları bacarır.

Hokm.az bu dəfə  ən cazibədar qadınları olan bürcləri təqdim edir:

Qız bürcü –  həmişə çox baxımlıdırlar, idmanla məşğul olurlar və pəhrizlərinə çox diqqət yetirirlər. Hər zaman fit görünmək üçün əlindən gələni edən qız bürcü qadınları qüsursuz görünüşü ilə bütün diqqətləri çəkir. Onlar təbiətcə qüsursuz olan hər şeyi sevir və mükəmməl olmaq üçün əlindən gələni edirlər. Qız bürcü qadınları inamlı duruşu ilə hər kəsi heyran edir.

Şir bürcü – hər zaman soyuqqanlı, özünə güvənən davranışları ilə cəlb edə bilirlər.  Şir bürcü qadınları diqqəti sevirlər və bunun üçün hər vasitədən istifadə edirlər. Parlaq, canlı və göz oxşayan saçları onları cazibədar göstərən ən əsas məqamlardan biridir. Bundan əlavə, bu qadınların həddindən artıq sosial həyat tərzi onların çox cəlbedici xüsusiyyətlərindən biri olaraq bilinir.

Buğa bürcü – mübaliğəsiz yaşayır və həmişə sadəliyi sevirlər. Xarici görünüşlərindən çox duruş və davranışların gözəlliyinə önəm verirlər. Buğa qadınlarının fitri zərafətləri onları həmişə cazibədar göstərir. Onlar şəxsi baxımlarına düşkündürlər. Həmişə təmiz və sadə görünməyə çalışırlar. Buğa qadınları hər zaman paxıllıq edilən qadınlar arasındadırlar.

Oğlaq bürcü – iddialı görünməyi xoşlayırlar. Oğlaq bürcü qadınları öz xüsusi hazırlanmış məhsullarından istifadə etməyi sevirlər. Saçlarına çox önəm verən oğlaqlar vaxtlarının bir hissəsini düşünmədən gözəllik salonunda keçirə bilərlər. Günün dəbindən qaçan bu xanımlar həmişə öz dəblərini yaradırlar, zərif və təvazökar görünürlər.

Dolça bürcü – gözəllik rutinlərinə vaxt itirmirlər. Onlar həmişə təbii olaraq parlayan bürclər arasındadırlar. Dolça qadınları gözəlliklərini zəkalarına və şən əhval-ruhiyyələrinə borclu ola bilərlər. İnsanlarla effektiv və yaxşı ünsiyyət qura bildikləri üçün hər kəsi öz ətrafında toplayırlar. Bu da onları cəlbedici edən xüsusiyyətlərdən biridir.

Tərəzi bürcü – dəbli, zərif və gözəl görünürlər. Tərəzi bürcünü heç vaxt səliqəsiz görə bilməzsiniz. Veneranın idarə etdiyi tərəzi qadınları dinc və ədalətli insanlardır, bu da onları cəlbedici göstərir. Özləri ilə hər zaman barışıq olan bu xanımlar səmimiyyətləri sayəsində hər zaman parlayırlar.sfera.az

  •  (1)
  •  (0)