Bu bizim tarixi torpaqlarımıza əbədi qaydışımızdır!backend

Bu bizim tarixi torpaqlarımıza əbədi qaydışımızdır!

Əsası 1752-ci ildə Cavanşirlər nəslindən olan Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuş Şuşa, strateji əhəmiyyətə malik şəhər olmaqla yanaşı, eyni zamanda təmiz havaya, göz oxşayan gözəlliyə malik cənnət məkandır-Qarabağın tacıdır.Elə bunun üçündür ki, Azərbaycan torpaqlarına göz dikən erməni qəsbkarları ilk olaraq 1992-ci ilin mayında Şuşanın işğalı ilə başladılar torpaqlarımızın işğalına. 28 il işğal altında qalan Şuşa ayaqlandı, sərvəti talandı, tarixi abidələrimiz dağıdıldı, məscidlərimiz təhqir edildi. Biz humanist, sülhsevər xalqolduğumuz üçün beynəlxalq ədalətə arxalandıq, amma bütün qərarlar və tələblər yalnız kağız üzərində qaldı. Belə olan halda müharibə variantını heçvaxt istisna etməyən cənab Prezident İlham Əliyev Ermənistanı cəzalandırmaq, tarixi ədaləti bərpa etmək əmrini verdi. Yaratdığı güclü orduya, rəhbərlik etdiyi xalqa inanaraq, 44 günlük əks-hücum əməlyyatı ilə düşməni layiqincə cəzalandırdı. Tarixi zəfərimizlə nəticələnmiş “Dəmir Yumruq” əməliyyatı məhz, Şuşanın işğaldan azad edilməsi ilə bitdi. Şuşanı igid Azərbaycan əsgəri yüngül silahla silahlanaraq, qayaları dırmanaraq, azad etdi. 8 noyabr, 2020-ci ildə işğaldan azad edilən Şuşa, Cənab Prezident İlham Əliyev tərəfindən “Mədəniyyət paytaxtı” elan edildi.Bu təsadüfü deyil, çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. Şərqin ilk operasını yazan Üzeyir Hacıbəyli, Xanqızı Natəvan, Xan Şuşiniski, Bülbül burada yaşayıb yaratmışdılar. Bu dahilərin də büstləri, ev muzeyləri düşmən vandallığının qurbanı oldu.44 günlük müharibə tarixi ədaləti bərpa etməklə yanaşı, onların dustaq ruhlarını da azad etdi. Qarabağın-Şuşanın azad edilməsi Qarabağ ədəbiyyatının, poeziyasının da azadlığa qovuşmasıdır. 30 avqust 2021-ci ildə Azərbaycanın böyük şairi, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin açlışının keçrilməsi Şuşaya əvvəlki əzəmətini qaytaran amillərdəndir. Bu bizim tarixi keçmişimizin bərpası, gələcəyimizin inkişafıdır. Bu bizim tarixi torpaqlarımıza əbədi qaydışımızdır!

Rəqsanə Məmmədova

Neftçala rayon gənci

  •  (0)
  •  (0)