“Bu, balet yox, futboldur” – “Arsenal”ın baş məşqçisibackend

“Bu, balet yox, futboldur” – “Arsenal”ın baş məşqçisi

Ölkəmizi Avropa Liqasında təmsil edən “Neftçi” II təsnifat mərhələsinin cavab matçında Rusiyanın “Arsenal” klubunu 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında iştirak edən Tula təmsilçisinin baş məşqçisi İqor Çerevçenko məğlubiyyəti şərh edib:

““Neftçi” vurduğu qolların sayəsində növbəti mərhələyə keçdi. Komandamızın təcrübəsiz olduğunu deməzdim. Futbolçular milli komandalarda oynayırlar. Sərt oynamağımıza gəlincə, bu gün meydanda belə bir şey görmədim. Sadəcə, komandalar mübarizə aparırdı. Bu, balet yox, futboldur. Futbolda mübarizə olub. Məğlubiyyətə görə məsuliyyəti üzərimə götürürəm”.

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandası ilə qarşılaşacaq.

Hokm.az

  •  (0)
  •  (0)