“Bu 30 ildə Şuşada bir ev tikilməyib…” – Paşinyan erməniləri reallığı itirməkdə ittiham etdibackend

“Bu 30 ildə Şuşada bir ev tikilməyib…” – Paşinyan erməniləri reallığı itirməkdə ittiham etdi

“Bu 30 ildə Şuşa haqqında nə qədər danışıblar. Bəs bu illərdə orada nə qədər yaşayış evi tililib? Bir dənə tikilməyib. Nə üçün? Pul yox idi? Şəhəri qoruyacaqlarına inanmırdılar? Məncə, cavab aydındır”.

Hokm.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Litvada erməni icmasının nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Ermənistanın son 30 ildə ən böyük problemi onda olub ki, ermənilər bu zaman kəsiyində reallıqla üz-üzə qalmayıblar.

Paşinyan deyib ki, Şuşa problemi həmişə mövcud olub və Azərbaycan heç vaxt Qarabağa qayıtmaq ideyasından imtina etməyib.

Baş nazir deyib ki, vaxtilə aparılan danışıqlar zamanı referendum variantı da müzakirə olunub və erməni tərəfi Qarabağdakı azərbaycanlıların bu referendumda iştirakına razılıq vermişdi. “Bəs azərbaycanlı sakinləri harada yerləşdirilməli idi? Əlbəttə, əvvəl yaşadıqları yerdə”-deyə Paşinyan vurğulayıb.
Demokrat.az

  •  (1)
  •  (1)