BŞİH Mənzil-Kommunal Departamentinin rəisi Rəfail Mehralıyevlə bağlı ifşaedici məlumatlar açıqlandı – VİDEObackend

BŞİH Mənzil-Kommunal Departamentinin rəisi Rəfail Mehralıyevlə bağlı ifşaedici məlumatlar açıqlandı – VİDEO

Bakı Şəhər Mənzil-Kommunal Departamentinin rəisi Rəfail Mehralıyev bilirsiz nə edib? Rəfail Mehralıyev dövlətə məxsus olan yol texnikalarını xaricə daşıyıb milyonlar qazanmaq niyyətində imiş.

Hokm.az xəbər verir ki, bunu blogger Mehman Hüseynov bildirib. Onun sözlərinə görə, adıçəkilən dövlət məmuru xalqın pulları hesabına milyonlar qazanır: “Rəfail Mehrəliyev ailə üzvlərinin, qohumlarının adına şirkətlər açıb dövlət büdcəsindən milyonlarla manat “fırladır”. Oğurladığı pulları isə xaricə daşıyır. Şirkətlər açır, milyonluq mülklər, maşınlar alır. Bakı şəhər icra başçısı Eldar Əzizovun bundan xəbəri yoxdur? Var! Niyə bu cinayətə göz yumur? Çünki oğurlanan milyonların bir hissəsi özünə çatır! Bakı Şəhər İcra Hakimiyyəti dövlət büdcəsindən milyonları necə oğurlayır? Bakı meriyasında korrupsiya tüğyan edir! İcra başçısı və onun ətrafı bu əməllərə görə həbs olunmalıdır!”

M.Hüseynovun mövzu ilə bağlı açıqlama videosunu təqdim edirik:

  •  (0)
  •  (0)