Brilliant Dadaşova Zöhrə Abdullayevadan yazdı – FOTObackend

Brilliant Dadaşova Zöhrə Abdullayevadan yazdı – FOTO

Xalq artisti Brilliant Dadaşova ötən gün dünyasını dəyişən Əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı paylaşım edib.

Hokm.az xəbər verir ki, sənətçi “Instagram” hesabında status yazaraq Z.Abdullayevanın səhhətinin ağır olduğunu əvvəldən hiss etdiyini və yuxusunda gördüyünü deyib:

“Vəfasız dünya… Yuxum yenə də çin çıxdı. Bu gün səhər Zöhrə xanıma mesaj yazdım. Zəng etməyə qorxdum ki, birdən yatar, narahat etməyim. Yazdım ki, “səndən nigaranam”.

Qeyd edək ki, Əməkdar artist Zöhrə Abdullayeva uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib./baku.ws

  •  (2)
  •  (0)