Həm coğrafiyasına, həm də təbii resurslarına görə strateji və iqtisadi əhəmiyyətli dövlət olan Azərbaycan Respublikası tarixin bütün dönəmlərində digər dövlətlərin maraqlarında olub. Sivil və yüksək əxlaqlı dövlətlər bizimlə siyasi-iqtisadi və digər strateji əhəmiyyətli əlaqələr yaratsa da qısqanc mənəviyyatdan kasıb millətlərin dövlət rəhbərləri bizi əzməyə, öz barbar təsir dairəsində saxlamağa çalışmışlar. Lakin genefondun mərd cəsur hüceyrələrdən ibarət olan Azərbaycan xalqı hər zaman öz torpaqlarını azad etmək uğrunda, haqq işi uğrunda mübarizə aparıb. Bu yolda qan töküb, can verib.
Torpaqlarımız şəhid canı ilə yoğrulub, şəhid qanı ilə sulanıb. Odur ki, Azərbaycan bizim üçün təkcə yaşadığımız çörək yeyib, su içdiyimiz ərazi deyil, Azərbaycan şəhidlərimizin canlarına yurd olan müqəddəs dəyərimizdir. Bu dəyər bizim baş tacımızdır. Biz bunu tarixin bütün dönəmlərində sübut etmişik. Və çox yaxın tarixdə 27 sentyabrda başlayan 44 günlük Vətən Müharibəsində bunu bir daha sübut etdik ki, biz öz dəyərlərimiz uğruna ölərik, amma atalarımızın canına mədfən olan yurdumuzu düşmənə məskən etmərik. Biz sübut etdik ki, Azərbaycan oğulları üçün vətən məhvumu hər nəsnədən üstündür. Biz sübut etdik ki, həm valideyn, həm müəllim olaraq vətənpərvər övladlar yetişdirməyi bacarmışıq. Bu qələbə təkcə ordunun yox, Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan xalqının qələbəsi oldu. Bu qələbə qürürla şəhid tabutu qarşılayan ataların, anaların qələbəsi oldu. Bu qələbə öz sahəsində bütün vicdanı ilə zəfər üçün çalışan vətəndaşların qələbəsi oldu. İnsanlığın üz qarası olan ermənilər XIX əsrin əvvəllərindən xüsusi məqsədlə torpaqlarımıza yerləşdirildi. Və bununla kifayətlənməyən parazit haylar özlərinə “böyük ermənistan” yaratmaq xülyasına düşdülər. Torpaqlarını da, adlarını da, adət-ənənələrini də türklərdən oğurlayan bu millət 30 ilə yaxındır Qarabağ torpaqlarını və ətraf rayonları işğalda saxlayırdılar. Lakin işğal altında olan torpaqlarımıza göstərdikləri münasibətdən görünür ki, o, torpaqların bir gün həqiqi sahiblərinə qaytarılacağını bilirdilər. Bəli biz bu müharibədə həm də tarixi ədaləti bərpa etdik.
Öz torpaqlarımızı düşmən tapdağından xilas etdik. Cənab Prezidentin cızdığı düzgün strateji xətt bizi torpaqlarımıza qovuşdurdu. Müharibə dönəmində bizdən siyasi, mənəvi dəstəyini əsirgəməyən qardaş Türkiyə, Pakistan, İsrail dövlətləri bizimlə həmrəylik nümayiş etdirdilər. Bu tarixi dönəmdə Azərbaycan gəncliyi xüsusi fəallıq göstərdi. Həm ön cəbhədə, həm arxa cəbhədə birlikdə döyüşərək torpağı düşməndən azad etdilər. Ön cəbhədə canını, qanını verən şəhid, qazi oğullarımızın büyük əksəriyyəti gənclər oldu. Halbuki onlardan çoxu bu müharibə başlayanda dünyaya gəlməmişdilər. Amma Qarabağ sevgisi yurd həsrəti ruhlarına hopmuşdu, şüuraltına həkk olunmuşdu. Sanki hər biri 1-ci Qarabağ Müharibəsində döyüşən oğulların ruhlarını qəlblərində yaşadırdılar. Nə gözəl sevirmiş vətəni övladlarımız… Azərbaycan müəllimi olaraq gəncliyimizlə bir daha qürur duydum. Bu da əcdadlarımızdan süzülüb gələn sağlam mənəviyyatımızdan, düzgün tərbiyəmizdən doğdu. Bunu qanı ilə tarix yazan, qələmi ilə bu tarixi zirvələrə daşıyan Azərbaycan gəncləri bir daha sübut etdi. Allah sizi qorusun Azərbaycan gəncliyi.
Quliyeva Günay
Neftçala rayon sakini, müəllim
















