Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat: Məyusedicidirbackend

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat: Məyusedicidir

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb.

Hokm.az-ın xəbərinə görə, bəyanatda deyilir:

“Böyük Britaniya Musavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun 3 sentyabr tarixində 4 il 3 ay müddətinə həbs cəzasına məhkum edilməsindən narahatlığını bildirir. Böyük Britaniya cənab Yaqublunun 2014-cü ildə də həbs cəzası aldığında – ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğuna dair ciddi narahatlıqlar olduğunu xatırlayır. Böyük Britaniya o zaman bu narahatlığını Azərbaycan hökumətinin nəzərinə çatdırmışdı və cənab Yaqubluya verilən hökm daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz hesab edildi. Böyük Britaniyanın cənab Yaqublunun son həbs cəzasına dair də bənzər narahatlıqları var və hakimiyyəti onun işinə təcili olaraq yenidən baxmağa çağırır. Son zamanlar İlqar Məmmədovun işi və REAL-ın qeydiyyatı ilə bağlı çoxdan gözlənilən irəliləyişi nəzərə alaraq bu hadisələr məyusedicidir”.

  •  (0)
  •  (0)