Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
Bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumata görə, sanksiya ilə bağlı sənədə daha 206 yeni maddə əlavə edilib.
Bildirilib ki, siyahıya Rusiyanın milyarderləri – Qriqori Beryozkin, Vladimir Yevtuşenko, Viktor Medvedçuk, Rusiya xarici işlər nazirinin həyat yoldaşı və başqaları daxil ediliblər.
Siyahıda “Lukoyl” şirkətinin sahibi, əslən azərbaycanlı milyarder Vahid Ələkbərovun da adı var.oxu.az