“Borjomi” içmək üçün çox gecdir, Nikol – Rus hərbi ekspertbackend

“Borjomi” içmək üçün çox gecdir, Nikol – Rus hərbi ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın əvvəllər guya daha yaxın və müttəfiq olduğu Rusiya ilə əlaqələrinin zəiflədiyi və “Qərbə daha çox yön verməsi vəziyyəti dəyişdirdi” kimi açıqlamaları absurd adlandırır.

Hokm.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz “Teleqram” səhifəsində paylaşıb.

“Rəsmi Moskva Paşinyana Putinin dostu olan Robert Köçəryanın və KTMT Baş katibi Xaçaturovun cinayət təqibini, Rusiya telekanallarının Ermənistanda pulsuz yayım şəbəkəsindən kənarlaşdırılmasını, Ermənistandakı rus şirkətlərinə cinayət işi açılmasını, Ermənistanın dövlət təhlükəsizlik sistemində əsas vəzifələrə çoxsaylı “Soros balalarının” təyin edilməsini unutmadı, bağışlamadı və bağışlamayacaq!

İndi isə qəfildən yanıq qoxusunu hiss edən Paşinyan birdən “Rusiyanın böyük dostu və müttəfiqi” oldu. “Borjomi” içmək üçün artıq çox gecdir, Nikol Vovaeviç!” – deyə Korotçenko qeyd edib.

  •  (1)
  •  (1)