Borc üzündən həbsdə olanlar azad ediləcək – 3,5 milyon dollar ayrıldıbackend

Borc üzündən həbsdə olanlar azad ediləcək – 3,5 milyon dollar ayrıldı

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud krallığın borc üzündən həbsdə olan 150-dən çox sakininə borcu ödəmək üçün 13 milyon Səudiyyə riyalı (təqribən 3,5 milyon dollar) ayırıb.

Hokm.az milli.az-a istinadən xəbər verir ki, bu barədə yerli xəbər agentlikləri məlumat yayıb.

Sözügedən vəsaitin dünya müsəlmanlarının müqəddəs Ramazan ayı münasibətilə ayrıldığı bildirilib.

Həmçinin 87 milyon riyal (23 milyon dollardan çox) vəliəhd tərəfindən xeyriyyə məqsədləri üçün bağışlanıb.

Qeyd edək ki, aprel ayında Birləşmiş Ərəb Əmirliklərində də genişmiqyaslı xeyriyyə tədbiri elan edilib. Ehtiyacı olanlar üçün 100 milyon pors yemək paylanacağı vəd edilib.

  •  (1)
  •  (0)