Boliviya prezidentinin sabiq əvəzləyicisi həbs olundubackend

Boliviya prezidentinin sabiq əvəzləyicisi həbs olundu

Boliviyada məhkəmə prokurorluğun ölkə prezidentinin əvəzləyicisi olmuş Janin Anyes barəsində vəsatətini təmin etmək barədə qərar qəbul edib.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bu barədə Janin Anyes özünün tvitterdəki hesabında yazıb.

Siyasətçi 4 aylıq inzibati həbs cəzası alıb.

“… Məni baş verməmiş “çevriliş” üçün mühakimə olunmağımı gözləmək üçün dörd ay müddətinə həbsxanaya göndərdilər”, – o, sosial şəbəkədə yazıb.

Janin Anyes martin 13-də dövlətə xəyanət, qiyama və sui-qəsdə təhrikçilik ittihamları üzrə saxlanılıb.

Boliviya polisi ölkə prezidentinin sabiq əvəzləyicisini yaxalamağa gələndə onu çarpayının altında aşkarlayıb. Anyes Benya departamentinin Trinidad şəhərindəki qohumlarının evində imiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı onu çarpayının altında yerləşən yeşikdə tapıblar.

Onun tutulması BMT baş katibinin diqqətini cəlb edib.

  •  (0)
  •  (0)