Bölgələrdə 5 ulduzlu hotellər dolub: 7,5 min manatınız varsa, ancaq 2 boş yer varbackend

Bölgələrdə 5 ulduzlu hotellər dolub: 7,5 min manatınız varsa, ancaq 2 boş yer var

Bayram günlərində istirahət üçün regionlara üz tutmaq istəyənlər 5-10 min manat xərc çəkməlidir. 

Hokm.az Cebhe.info-ya istinadən xəbər verir ki, Azərbaycanda hotel qiymətlərinin baha olması bu xərci tələb edir. Belə ki, “Chenot Palace Qəbələ”də yalnız 29 dekabr-1 yanvar tarixləri boşdur. Həmin yerin qiyməti isə 7 min 541 manatdır. 31 dekabr gününə isə regionlarda yerləşən bütün 5 ulduz hotellər rezerv olunub.

Qeyd edək ki, regionlarda digər hotellərin 1 gecəlik qiyməti 300-700 manat civarındadır. Şou proqramlara qatılmaq üçün isə əlavə vəsait tələb olunur.

  •  (0)
  •  (0)