BOKT-lar bank kreditlərindən “imtina” edir, digər maliyyə mənbələrinə qaçırbackend

BOKT-lar bank kreditlərindən “imtina” edir, digər maliyyə mənbələrinə qaçır

Bank olmayan kredit təşkilatları (Aqrarkredit QSC istisina) 2021-ci ilin ilk yarısında müştərilərə verdikləri kreditləri artırsalar da əsas maliyyə mənbəyi olan banklardan cəlb etdikləri kreditləri azaltmaqda davam edirlər.

Hokm.az” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

BOKT-lar 2021-ci ilin əvvəlindəki 64.9 milyon manatlıq cəlb edilmiş vəsaitlərin həcmini 57.2 milyon manata qədər azaltmışdır. Son yarım ildə öhdəliklərində olan bu kreditlərdən həm banklarda , həm də digər maliyyə institutlarından cəlb edilən kreditlərin həcmini azalmışlar. Banklardan cəlb edilmiş faizli borcların həcmi 2021-ci ilin əvvəlində 40.9 mln. manatdan 34.4 milyon manata, digər maliyyə institutlarından isə 24 mln. manatdan 22.8 milyon manata qədər düşmüşdür.

Azərbaycandakı kredit təşkilatları kapital bazarından qiymətli kağız emissiyası ilə vəsait cəlbində bu il daha kəskin maraq yaranıb. Qiymətli kağızlar üzrə portfelin həcmi cari ilin əvvəlində 22.2 milyon manat olduğu halda yarım ilin sonuna 35.9 milyon manata qədər artırılmışdır.

Mərkəzi idarəetmə orqanları qarşısındakı öhdəlikləri isə 50.7 mln. manatdan 49.5 mln. manata qədər azalmış və digər borclar isə 37.1 mln. manatdan 48.4 mln. manata qaldırılıb.

Qeyd edək ki, BOKT-lar yarımilin əvvəlində 263.4 mln. manatlıq kredit porfelini altı ay sonra 288.4 mln. manata qaldırıblar.

  •  (1)
  •  (1)