BNA rəhbəri Vüsal Kərimli klinikadan çıxan xəstə anasını avtomobilə necə mindirərdi?backend

BNA rəhbəri Vüsal Kərimli klinikadan çıxan xəstə anasını avtomobilə necə mindirərdi?

Tanınmış jurnalist Məhəmmədəli Qəribli özünün sosial şəbəkə hesabında Bakı Nəqliyyat Agentliyinin yarıtmaz fəaliyyəti ilə bağlı maraqlı post paylaşıb.Hokm.az həmin yazını olduğu kimi təqdim edir:

“Bakı Nəqliyyat Agentliyininnövbəti “məharəti” ilə sizi tanış edim. Paytaxtın Akademik Həsən Əliyev küçəsi ( keçmiş İnqlab) ilə Səməd Vurğun küçəsinin kəsişməsində bir özəl klinika var. Dünən ora müayinəyə gətirilən bir ağır xəstəni klinikadan geri götürmək üçün, avtomobilimi düz xəstəxananın qabağında saxlamağa məcbur oldum.

Çünki başqa çıxış yolu yoxdur. BNA-nın çəkdiyi görüntülərdəki vaxtdan da görünür ki, özüm avtomobildən düşmədən, cəmi 3 dəqiqə neçə saniyə orada dayanmışam, sonra xəstəni götürüb, getmişəm.

Dərhal, 20 manat cərimə yazılıb. İndi mən qurumun təmsilçisi Mais Aghayev müəllimə sual verirəm: BNA-nın rəhbəri Vüsal Kərimli müəllimin anası ağır xəstə kimi, həmin klinikadadan müayinədən çıxsaydı, o, öz doğmasını avtomobilə necə və hansı şəraitdə mindirərdi?

Onsuz da özəl xəstəxanalar insanların dərisini soyur, dərmanlar da od qiymətinədir. Hər aptekin, özəl klinikanın qabağına bir kamera qoyub orada məcburən iki-üç dəqiqə dayanmalı olan insanların xərcinin üstünə 20 manat da əlavə etmək çox böyük “məharət” tələb edir.

Bunun da öhdəsindən BNA yaxşıca gəlir. Ora kamera , dayanmanın qadağan edən nişan qoyursunuzsa, onda klinikanın fəaliyyətini qadağan edin. Mən anlamıram, ağır xəstəni adam klinikaya necə gətirməlidir?

Camaatı incitməklə büdcəyə xeyir verib, Prezidentin yanında başınızı uca etdiyinizi düşünürsünüzsə, yanılırsınız. Çünki həm hüquqi , həm də mənəvi baxımdan səhv yoldasınız. Heç bir obyektivliyə söykənməyən bu qərardan şikayət edirəm”.

  •  (1)
  •  (0)