“BMW markalı avtomobil “Kamaz”ın altına girib” – Aslanın ölümünün təfərrüatıbackend

“BMW markalı avtomobil “Kamaz”ın altına girib” – Aslanın ölümünün təfərrüatı

Xəbər verdiyimiz kimi müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişib.
Hokm.az xəbər verir ki, müğənni İbrahim Borçalı ARB TV-nin canlı efirinə qoşularaq Aslan Hüseynovun ölümü haqda danışıb:
“Mən də ora gedirəm. Bacıları, yoldaşı oradadır. Deyilənə görə maşın Qaradağ ərazisində “Kamaz”-ın altına girib. Maşında köməkçisi də olub. Hər ikisi dünyasını dəyişib”.
Qeyd edək ki,  Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb: “Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib”.azxeber.com

  •  (0)
  •  (0)