BMT-nin baş katibi Antonio Quterreş Rusiyaya gedib.
Hokm.az xəbər verir ki, Quterreş Rusiyaya səfəri zamanı Lavrovla birgə mətbuat konfransı keçirib.
Quterreş Mariupolda insanların həyatını xilas etmək üçün BMT-nin resurslarından tam istifadə etməyə hazır olduğunu bildirib və “humanitar kommunikasiya qrupu”nun yaradılmasını tövsiyə edib.
O, Ukraynada mümkün hərbi cinayətlərlə bağlı narahatlığını ifadə edərək, geniş müstəqil araşdırmaya ehtiyac olduğunu bildirib.