Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycana səfər edəcək.
Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Baş Assambleyanın prezidentinin sözçüsü Paulina Kubiak deyib.
Sözçü bildirib ki, işgüzar səfər 12-13 iyun tarixlərində baş tutacaq. A.Şahidin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.