“Biznes durğunluğu və komfort zonada olmağı sevmir” – Tanınmış iş xanımıbackend

"Biznes durğunluğu və komfort zonada olmağı sevmir" - Tanınmış iş xanımı

“Xanımlara müasir yanaşmalarla kosmetoloji xidmətlərimizdən əlavə onların imicinə, xarici görünüşlərinə düşündüyüm tərzdə fərqlilik və gözəllik qatmaq üçün tanınmış geyim və aksesuarların yaradılması biznesinə də həvəsim çoxdur”.

Hokm.az xəbər verir ki, bunu müsahibələrinin birində “Safely Beauty Zone”nın sahibəsi, iş xanımı Səfayət Mürsəlova deyib.

Onun sözlərinə görə, ən etibarlı portnyor biznesin əsas hissəsi deməkdir:

“Əslində uğur anlamının özü zənnimcə nisbi anlayışdı. Uğur daim davam edən bir hiss deyil. O səbəbdən də düşünürəm ki, “uğurlu biznes ledi” kəlməsini “fasiləsiz zəhmətin uğuruna sevinə bilən” biznesmen kimi desək daha düzgün olar. Çünki müvəffəqiyyət asan başa gələn bir mükafat deyil. Onun arxasında həqiqətən də zəhmət və prinsipiallıq dayanır. Rəhbəri olduğum “Safely Beauty Zone” mərkəzinin bu gün xanımlar arasında az-çox tanınması (gülür) ailəmin dəstəyi, dostlarımın etibarına güvənərək fasiləsiz və titanic əməyin nəticəsidir. Bəzən rahat bəzən də çox çətin mərhələlərdən keçməli olmuşuq. Amma, dayanmamışıq. Nəticədə bu gün adına layiq güvənli xidmətimizlə fərqlənirik. Bu da hələ son deyil. Yeni zirvələrə doğru addımlamalıyıq. Biznes durğunluğu və komfort zonada olmağı sevmir”.

  •  (6)
  •  (2)