“Biz təkcə Şuşanı yox, Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq” – Hikmət Mirzəyevbackend

“Biz təkcə Şuşanı yox, Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq” – Hikmət Mirzəyev

“Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim. Vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim. O vaxta kimi daim əziyyət çəkirdim. Orada bunu hiss etdim. Mənə bir rahatlıq gəldi”.

Hokm.az xəbər verir ki, bunu Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, general-leytenant Hikmət Mirzəyev Şuşanın azad olunması əməliyyatından danışarkən deyib. O, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmində deyib ki, oranın alınması bütün Azərbaycan üçün başucalığı oldu:

 

“Baxmayaraq ki, şəhidlərimiz, yaralılarımız oldu, lakin oranın alınası bütün millətimiz üçün başıucalığı idi. Biz öz şərəfimizi geri qaytardıq. Biz təkcə Şuşanı qaytarmadıq, Azərbaycanın namusunu, qeyrətini geri qaytardıq”. ölkə.az

  •  (1)
  •  (0)