Biz qalib xalqıq!backend

Biz qalib xalqıq!

Hacıbəy Heydərli,
AZXEBER.COM xəbər portalının baş redaktoru
Hər gecə yatanda eyvana çıxıb havaya baxırdım, Bakıdan dəfələrlə soyuq olan ərazilərdə əsgərlərimizin səngərdə – soyuq havada necə döyüşdüklərini düşünürdüm. Hətta olub ki, bir neçə saat soyuq havada dayanıb, onların əziyyətinin mində birini yaşamaq istəmişəm!
Həmin Müzəffər Ordumuz 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad etdi. Bu kəndlər hər biri əsgərlərimizin qanı, canl bahasına başa gəldi!
Prezident BBC News-ə müsahibəsində demişdi ki, düşmən 30 il ərzində elə istehkamlar qurub ki, Füzulini, onun kəndlərini işğaldan azad etmək günlərlə davam edirdi. Həmin o günlər əsgərlərimizin hansı çətinliklər çəkdiyini düşünün.
Yatağında uzanıb “yenə Cəbrayılın kəndini aldıq” deyib, zarafat edənlərə demək lazımdır ki, təkcə Kəlbəcərin 145 kəndi var! Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ərazinin çox hissəsi meşəlikdir. Qarşıdan da qış gəlir (hətta həmin ərazilərə gəlib artıq). Qışda oradakı döyüşlərdə nələrin və nə qədər şəhidimizin ola biləcəyini təsəvvür edirsiniz? Ali Baş Komandan siyasi və diplomatik qələbəsi ilə Kəlbəcər, Laçın və Ağdamı geri qaytardı.
Gələk, Rus məsələsinə. Rusiya sülhməramlılarının Qarabağa gəlməsini erməni tərəfi çox istəyirdi, Moskva görüşünün 11 saat davam etməsi də məhz buna görə idi. Ancaq bizim diplomatik qələbəmiz sayəsində həmin tarixdə bu reallaşmadı. Həmin gün buna razı olsaydıq, bu gün heç bir qələbəmiz olmayacaqdı.
İkincisi də bütün dünya Azərbaycan – Türkiyə qardaşlığını, dostluğunu bilir və Azərbaycana qarşı ediləcək hərəkətin nəyə gətirib çıxaracağı hər kəsə bəllidir!
Bu məsələdə biz yox, ermənilər narahat olmalıdır. Çünki artıq onların arxasında ATƏT-in Minsk qrupundakı himayədarlar yoxdur. İndi masada özlərinə düşmən bildikləri və adı gələndə titrəməyə düşdükləri TÜRKlər və tam neytral mövqe tutan Rusiya var!
Və ən əsası artıq işğal altında olan torpağımız yoxdur, Azərbaycanın ərazi bütövlüyü təmin edilib! Özü də bu Müzəffər Ordumuzun və Ali Baş Komandanımızın sayəsində təmin ediilib! Biz qalib xalqıq!
Hər birinizi bir daha təbrik edirəm!
  •  (2)
  •  (0)