“Türkiyə ilə sərhədin açılmalı olduğu qənaətindəyəm”.
Hokm.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan bu məsələdə düzgün tənzimlənmiş bir strategiya seçsə, qazanmış olar:
“Sərhədlər açıldıqdan sonra prosesin necə getdiyinə diqqətlə baxmalıyıq. Məsələn, Sünikdə iqtisadi baxımdan fövqəladə vəziyyət elan etməliyik, ortaq müəssisələrin qeydiyyata alınmasına icazə verməməliyik, bu, yalnız dövlətin və ya hökumətin xüsusi qərarı ilə həhyata keçirilməlidir. Ancaq biz məhkumuq. Gec-tez sərhədləri açmalı və Türkiyə ilə ünsiyyət qurmalıyıq”, – Baqratyan qeyd edib.Qazet.az